Milli komandamız 4 qolla qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün növbəti yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, Təbriz Həsənovun futbolçuları Antalyadakı üçüncü sınağında Norveçin “Konnerud” klubunun U-17 komandası ilə qarşılaşıb.

Matç kifayət qədər məhsuldar alınıb. Rəqibin 2 qolunun qarşılığında 4 dəfə toru silkələməyi bacaran futbolçularımız inamlı qələbəyə seviniblər.

Qeyd edək ki, milli komandamız əvvəlki yoxlama oyunlarında İsveçrənin “Benfika” klubunun U-17 komandasına 9:0 hesabıyla qalib gəlmiş, Belarusun U-17 yığmasına 1:2 hesabıyla uduzmuşdu.

Yoxlama oyunu
25 fevral

Azərbaycan (U-16) – “Konnerud” (Norveç) (U-17) – 4:2 (3:1)
Qollar: Elvin İmanlı, 15 (1:1). Hacı Hacıyev, 23 (2:1). Bahadur Həziyev, 27 (3:1). Elvin İmanlı, 59 (4:2).

Həmin kateqoriyadan