Yığmamız Belarusa qarşı

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə Azərbaycan yığması bu gün növbəti matçına çıxır. Allsport.az xəbər verir ki, millimizin ikinci rəqibi Belarus futzalçıları olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan start matçında Qazaxıstan millisi ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan