Yığmamız Sankt-Peterburqda ilk məşqinə çıxdı

FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci beynəlxalq turnirdə iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün turnirin təşkil olunacağı Sankt-Peterburq şəhərinə gəlib. Allsport.az xəbər verir ki, yığmamız “Zenit” İdman Oyunları Sarayında ilk məşqinə də çıxıb.

Xatırladaq ki, futbolçularımız turnir çərçivəsində ilk oyununu yanvarın 4-də, Bakı vaxtı ilə saat 15:15-də, “Peterburqski” İdman-Konsert Kompleksində Latviyanın U-19 komandasına qarşı keçirəcək.

Həmin kateqoriyadan