Yığmamız Ukrayna ilə 2 dəfə gücünü yoxlayacaq

3-9 martda 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin paytaxtda təlim-məşq toplanışı olacaq.

Allsport.az saytı xəbər verir ki, hazırlıq çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoxlama oyunu keçirəcək.

Komandalar martın 6-da saat 16:00-da “Dalğa Arena”da, martın 8-də isə saat 11:00-da  Bakı olimpiya stadionunun ehtiyat meydançasında qarşılaşacaq.

Həmin kateqoriyadan