Yığmamızın baş məşqçisi: “Azərbaycan böyük üstünlüyə malikdir”

Çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Joze Migel Mateus Bakı-2015-in püşkatmasını dəyərləndirib. Allsport.az xəbər verir ki, o, bunları deyib:

“Çimərlik futbolu nisbətən yeni idman növü olsa da, hər zaman populyarlıq qazanmaqda davam edir. Ötən il Azərbaycan Çimərlik Futbolu üzrə Avropa Kubokuna ev sahibliyi etmişdir. Mən inanıram ki, bu baxımdan Azərbaycanın milli yığması bu yay keçiriləcək Bakı-2015 Avropa Oyunlarının Çimərlik futbolu yarışlarında böyük üstünlüyə malikdir”.

Qeyd edək ki, Bakı-2015 Avropa Oyunlarında Çimərlik futbolu yarışları 24-28 iyun tarixlərində 1500 izləyici tutumuna malik müvəqqəti Çimərlik Arenasında keçiriləcək. Azərbaycan Portuqaliya, İsveçrə və Ukrayna ilə bir qrupda mübarizə aparacaq.

Həmin kateqoriyadan