Yığmamızın üzvü “Erzgebirge”nin Türkiyə təlim-məşqinə geç qoşulacaq

Almaniya 2-ci Bundesliqa komandası “Erzgebirge” mövsümün 2-ci yarısı üçün hazırlığa başlayıb. Allsport.az saytı xəbər verir ki, bir müddətdir ayağındakı zədədən əziyyət çəkən Dmitri Nəzərov məşqlərdə iştirak etmir.

Millimizin yarımmüdafiəçisi təlim-məşq başlayanacan sağala bilməyib. Ammma onun tezliklə komandaya qoşulacağı gözlənilir.

Yanvarın 7-də Türkiyənin Bələk şəhərində toplanışına başlayacaq Aue təmsilçisi ilk yoxlama oyununu 2 gün sonra “Halleşer”ə qarşı keçirəcək.

“Erzgebirge” ölkə çempionatının ilk yarısını 22 xalla 12-ci yerdə başa vurub.

Həmin kateqoriyadan