Yığmamızın yeni geyim dəsti bəyənilmədi

AFFA-nın Azərbaycan millisi üçün hazırladığı yeni geyim dəsti tənqidlə qarşılanıb.

Allsport.az xəbər verir ki, futbolçuların yeni dəstinin – kostyum, köynək və ayaqqabının hamısının büsbütün qara rəngdən ibarət olması mənfi aura yaradıb.

Bu səbəbdən sosial şəbəkələrdə bu geyim tərzini ələ salanlar da olub. “Elə bil yasa gediblər” – deyə onlar bildiriblər.

Qeyd edək ki, bu geyimi futbolçularımız Macarıstanla “Avro-2020″nin səfər matçından əvvəl geyiniblər.

Həmin kateqoriyadan