Yığmanın 2 üzvü Qırğızıstanla yoxlama görüşü barədə nə deyib?

Mayın 29-da “ay-ulduzlular”ımız Bakı olimpiya stadionunda Qırğızıstan yığması ilə yoldaşlıq oyununa çıxacaq. Allsport.az saytı xəbər verir ki, millinin 2 üzvü görüşlə bağlı öz fikirlərini bildiriblər:

Araz Abdullayev: “Qarşıda bizi 3 oyun gözləyir. Hər biri bizim üçün vacibdir. Bu matçlarlarda özümü yaxşı tərəfdən göstərmək istəyirəm”.

Ufuq Budaq: “Uzun müddət idi zədə səbəbindən oynamırdım. Bu barədə baş məşqçi Qurban Qurbanovla söhbətimiz oldu. O, məni hazırlığımı yüksəltmək üçün “Qarabağ”ın düşərgəsinə dəvət etdi. Sonuncu dəfə 4 il əvvəl millinin heyətində olmuşdum. Fərqli simalar gördüm. Gənc futbolçularımız var. Daha dinamik komandadır”.

Həmin kateqoriyadan