Yoaxim Löv: Ötən illərlə müqayisədə Azərbaycan komandası çox inkişaf edib

Dünya Kuboku-2018-in seçmə ələməsində səfərdə “ay-ulduzlular”ımızı böyük hesabla (4:1) məğlub edən Almaniya millisinin baş məşqçisi Yoaxim Löv oyun sonrası məmnun görünüb. Allsport.az saytı xəbər verir ki, o, mətbuat konfransında rəqibə də hörmətlə yanaşıb:

“Oyundan razı qaldım. Amma komandam bu gün göstərdiyi oyundan daha yaxşısını nümayiş etdirməyə qadirdir. Bu oyundan əvvəl İngiltərə yığması ilə yoldaşlıq görüşü keçirdik. Ötən illlə müqayisədə bu dəfə gec bir araya gəldik. 4 aydan sonra toplaşdıq. Bu səbəbdən komandanın oyunu məni tam qane etmədi. Səhvdən qol buraxdıq. Bəzi səhvlər var idi. Bunların üzərində işləyəcəyik.

Qarşıda daha bir seçmə mərhələ oyunu, ardınca isə Konfederasiyalar Kuboku var. Həmin yarışa qədər daha yaxşı səviyyəyə yüksəlməyə çalışacağıq. 5 və ya 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan millisi izlədim. Rəqibimiz müdafiədə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Azərbaycan millisinin bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə, bu komanda çox inkişaf edib”.

Həmin kateqoriyadan