Yoldaşlıq görüşündə Azərbaycan boksçuları rusiyalı rəqiblərinə qalib gəliblər

Azərbaycan Boks Federasiyasında (ABF) Bakı və Moskva şəhərlərinin yeniyetmələrdən ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, “Moskva günləri” çərçivəsində təşkil olunan görüşdə idmançılar 7 çəki dərəcəsində qüvvələrini sınayıblar.

Yoldaşlıq görüşündə Fərid Səfərli (Bakı, 48 kq) Vadim Yuşin (Moskva), Əflatun Babayev (50 kq) Aleksandr Muşikov, Elşən Cəbiyev (52 kq) Anatoli İonov, Vüqar Məmmədli (54 kq) Vitali Boytsov, Səbuhi Abışov (75 kq) Qlev Zverev, Rüfət Nəbiyev (59 kq) Hacımurad Buriyev və Nəcəb Niftəliyev (65 kq) isə Deni Axmatov ilə qarşılaşıblar.

Yarış Azərbaycan boksçularının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmin kateqoriyadan