Yorğa atların ötüşməsi sona yetdi

Binə Atçılıq Mərkəzi ilk dəfə təşkil olunan yorğa yarışlarına ev sahibliyi edib. Allsport.az xəbər verir ki, atçılıq federasiyasının təşkilatçılığı ilə təşkil olunan çempionatda paytaxt və digər bölgələrdən 50-yə yaxın yorğa at iştirak edib.

6 yaş və yuxarı yorğa atların 1600 metr məsafəyə qaçışı ilə başlayan ilk yarış Sabirabaddan yarışa qatılan, sahibi Nuriyev Rəhman olan “Şimşək” ləqəbli at olub.

İkinci qaçış 3 və 4 yaş yorğalar arasında 1600 metr məsafəyə qaçış ilə davam edib. Bu qaçışın qalibi yarışa Gəncədən qatılan, sahibi Məmmədov Cavid olan “Qəmlo” ləqəbli at olub.

Üçüncü qaçışda 9 baş yorğa at öz gücünü sınayıb. Bu qaçışda isə, qalib çempionata Gəncədən qatılan, sahibi Həsənov Müzadil olan “Şəbdiz” ləqəbli at olub.

Dördüncü qaçış 6 yaş və yuxarı yorğalar arasında 2400 metr məsafədə baş tutub. Qaçışın nəticəsinə görə birinci yerin sahibi yarışa Gəncədən qatılan, sahibi Əliyev Müşfiq olan “Kabus” ləqəbli at olub.

Beşinci qaçış 7 yaş və yuxarı yorğa atların 3200 metr məsafəyə qaçışı ilə davam etmişdir. Bu yarışın nəticəsində qalib çempionata Gəncədən qatılan, sahibi Əliyev Samir olan “Sapsan” ləqəbli at olub.

Yorğa atların yarışına 7 yaş və yuxarı yorğa axta atların 3200 metr məsafəyə qaçışı ilə yekunlaşıb. Bu yarışda qalib yarışa Laçından qatılan, sahibi Ələkbərli Xətai olan “Qarabağ əsəri ” ləqəbli at olub.

Yarışın qaliblərinə atçılıq federasiyasının prezidenti Elçin Quliyev və vitse-prezident Elşad Abbasov diplomlar və kuboklar təqdim edib. 6 qaçışdan təşkil olunan yorğa çempionatının ümumi mükafat fondu 7700 manat təşkil edib.

Həmin kateqoriyadan