“Yüksək səviyyəyə qaldırılan işi layiqli şəkildə davam etdirməyə çalışacam”

Fariz Nəcəfov “Qəbələ”nin prezidenti təyin olunub. Allsport.az saytı xəbər verir ki, o, yeni təyinatla bağlı bunu deyib: “Qəbələ” İdman Klubunun prezidenti olmaq mənim üçün böyük şərəfdir. Mən Tale Heydərovun başladığı və uzun illər ərzində yüksək səviyyəyə qaldırdığı işi layiqli şəkildə davam etdirməyə çalışacam.

Tale müəllim hər zaman klubun gələcəyinə böyük diqqət ayırıb və mən də akademiyamızda gələcəyin çempionlarının yetişməsi üçün əlimdən gələni edəcəyəm. Onun rəhbərliyi altında klubumuz tək futbolda deyil, digər idman növlərində də böyük uğurlar əldə etmişdir”. 

Həmin kateqoriyadan