DÇ-2014
Yuliya gümüş, Mariya bürünc medal qazandı

Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər yarışıb.

48 kq çəki dərəcəsində Olimpiadanın gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik mübarizəyə 1/16 finaldan başlayıb. Böyük Britaniyadan Yana Rattiqan, Çin təmsilçisi Çun Lei və Argentina idmançısı Patrisia Bermudezi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Polşa güləşçisi İvonna Matkovska ilə gərgin keçən qarşılaşmada uduzan Mariya bürünc medal görüşdə Rumıniyadan Emilia Vuç üzərində 41 saniyə ərzində tam üstünlüklə qələbə qazanıb və Dünya çempionatını 3-cü pillədə tamamlayıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Olimpiadanın bürünc mükafatçısı, Dünya və Avropa çempionu Yuliya Ratkeviç finala qədər maneəsiz irəliləyib. O, ardıcıl olaraq İsveç güləşçisi Malin Yohanna Mattssonu, Kanada təmsilçisi Kristina Fazzarini, yarımfinalda isə Bolqarıstan idmançısı Taybe Yusseini mübarizədən kənarlaşdırıb. Final görüşündə Yuliya Ratkeviç Monqolustan güləşçisi Tserençimend Suxe ilə qarşılaşacaq.

Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıb. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurub. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.

48 kq
1/16 final – Yana Rattigan (GBR) – Mariya Stadnik 0:11
1/8 final – Mariya Stadnik – Çun Lei (CHN) 7:0
1/4 final – Mariya Stadnik – Patrisia Bermudez (ARG) 10:0
1/2 final – Mariya Stadnik – İvonna Matkovska (POL) 3:5
Bürünc medal görüşü – Emilia Vuç (ROU) – Mariya Stadnik 0:11

60 kq
1/8 final – Malin Yohanna Mattsson (SWE) – Yuliya Ratkeviç 3:4
1/4 final – Kristina Fazzari (CAN) – Yuliya Ratkeviç 4:8
1/2 final – Yuliya Ratkeviç – Taybe Yussein (BUL) 11:8
FİNAL – Tserençimend Suxe (MGL) – Yuliya Ratkeviç

69 kq
1/16 final – Nadya Sementsova – Svetlana Saenko (MDA) 4:1
1/8 final – Erszebet Yets (CAN) – Nadya Sementsova 12:9

Həmin kateqoriyadan