Yuliya Ratkeviç: Finala qədər çox güc itirdim

«Finala qədər çətin görüşlər keçirdim. İlk qarşılaşmada son Avropa çempionuna qalib gəldlim. Sonrakı kanadalı güləşçi də zəif deyildi. 3-cü tütaşmada bolqarıstanlı Taybe Huseynə qalib gələndə, çox sevindim. Özlüyümdə dedim ki, şükür Allaha, nəhayət onu üstələyə bildim. Bütün bu görüşlər xeyli gücümü aldı».

Bu açıqlamanı allsport.az saytına, Özbəkistan paytaxtında keçirilən dündya çempionatında gümüş medal qazanmış Yuliya Ratkeviç dedi. Titullu güləşçi bildirdi ki, buna qədər 2 dəfə final həyacanı yaşayıb. Birində qalib gəlib, birində uduzub. Budəfəki hədəfi yenə birinci olaraq, qadın güləşimizdə tarixə düşmək idi. Sitat:

«Monqolustanlı rəqibimi məğlub etsəydim, 2-qat dünya çempionu olurdum. Təəssüf ki, alınmadı. Çox çalışdım. İlk hissədə, hətta hesabda irəlidəydim. Sonra o əli ilə tez-tez burnuma zərbələr vurmağa başladı. Mənim bu nahiyəmdə keçmiş zədə var. Həmin məqam da həlledici oldu. Qalib olmaq qismət deyilmiş. Allah qoysa, gələcəkdə bu uğuru yenə qazanmağa çalışacağam».

Kamran HACI, Daşkənd

Həmin kateqoriyadan