Yunan-Roma güləş yığmamız Göygöldə dünya çempionatının hazırlığına başlayıb

Yunan-Roma güləş yığmamız Göygöldə növbəti təlim-məşqə başlayıb. Allsport.az saytı xəbər verir ki, olimpiya idman kompleksində toplanışda geniş heyətlə iştirak edir. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynli, eləcə də gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərlikləri ilə 30-a yaxın bahadır hazırlığa cəlb olunub.

Komandamız iyulun 31-dək davam edəcək təlim-məşq toplanışında əsasən fiziki hazırlıq üzərində çalışacaq. Təlim-məşq toplanışı sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Həmin kateqoriyadan