Yunan-Roma güləşçilərimizdən daha 2 gümüş və 1 bürünc medal

Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün yunan-Roma güləşçiləri mübarizəyə yekun vurublar. Şaban Donatın rəhbərlik etdiyi komandamız növbəti rəqabətdə 3 medal qazanıb. Murad Məmmədov və Rəsul Çunayev gümüş, Rafiq Hüseynov bürünc mükafata sahiblənib.

60 kq 
FİNAL – Murad Məmmədov – Sergey Emelin (RUS) 5:6
1/2 final – Murad Məmmədov – Jacopo Sandron (İTA) 9:0
1/4 final – Murad Məmmədov – Maksim Kajarski (BLR) 3:0

67 kq
Təsəlliverici görüş – Elman Muxtarov – Karen Aslanyan (ARM) 3:5
1/8 final – Elman Muxtarov – Artem Surkov (RUS) 0:9

72 kq
FİNAL – Adam Kurak (RUS) – Rəsul Çunayev 9:5
1/2 final – Rəsul Çunayev – Yuri Lomadze (GEO) 9:3
1/4 final – Daniel Cataraga (MDA) – Rəsul Çunayev 2:3
1/8 final – Yuriy Kankou (BLR) – Rəsul Çunayev 0:9
1/16 final – Murat Dağ (TUR) – Rəsul Çunayev 1:4

82 kq
Bürünc medal görüşü – Roland Şvarz (GER) – Rafiq Hüseynov 3:4
1/2 final – Viktar Sasunouski (BLR) – Rafiq Hüseynov 9:0
1/4 final – Zarko Dickov (SRB) – Rafiq Hüseynov 1:3
1/8 final – Rafiq Hüseynov – Zurabi Datunaşvili (GEO) 4:3

97 kq
Təsəlliverici görüş – Orxan Nuriyev – Balasz Kiss (HUN) 1:2
Təsəlliverici görüş – Nikolay Bayryakov (BUL) – Orxan Nuriyev 1:3
1/4 final – Orxan Nuriyev – Mixeil Kajaia (SRB) 1:3
1/8 final – T.Soost (SVK) – Orxan Nuriyev 0:8

Həmin kateqoriyadan