VİDEO
Yunan-Roma güləşçilərimiz təlim-məşq toplanışında

Xəbər verdiyimiz kimi, güləş üzrə yığma komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayıblar. Allsport.az saytının məlumatına görə, “klassiklər”imiz baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi ilə Olimpiya Güləş Mərkəzində hazırlıq keçır.
Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 bahadır cəlb edilib.
Qonşu Gürcüstanın yunan-Roma güləşi yığmasından 5 aparıcı pəhləvan da qatıldığı birgə hazırlıq başa çatdıqdan sonra, millimiz Parisdə keçiriləcək qran-pri turnirində ilin ilk sınağına çıxacaq.

Həmin kateqoriyadan