Yunan-Roma güləşimizdə tarix yazan Rövşən Namiqlə Xetaqın rekordunu təkrarladı

ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanan Rövşən Bayramov (59 kq) yunan-Roma güləşimizdə tarix yazıb. Allsport.az saytının statistika bölməsinin məlumatına görə, müxtəlif illərdə daha 3 dəfə (2006-II; 2009-III, 2011-I) fərqlənən titullu bahadır, bu yarışda öz növündə ən çox medala yiyələnən ilk idmançı olub.

Bununla o, həm də sərbəst güləşçilər Namiq AbdullayevXetaq Qazyumovun rekordunu təkrarlayıb. 4 dəfə fəxri kürsüyə çıxan bu idmançılardan ən yaxşı nəticə adı 2-ci çəkilən pəhləvana məxsusdur. Xetaq dünya çempionatlarında 1 qızıl və 3 gümüş, Namiq isə 3 gümüş və 1 bürünc medal qazanıb.

Həmin kateqoriyadan