Yunan-Roma və sərbəst güləşçilər Göygöldə, qadınlarımız Türkiyədə hazırlaşır

Sentyabrın 14-dən 22-dək Qazaxıstan paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ilin ən vacib yarışı Tokio-2020 olimpiadaya lisenziya xarakteri daşıyır. Bu üzdən yığmalarımız mundiala intensiv şəkildə hazırlığı davam etdirir. Bu həftə komandalarımız növbəti təlim-məşq toplanışına başlayıb.

Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib. Bu toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlarımız isə bu gündən Türkiyə toplanışına başlayıb. Komandamız yerli yığma ilə birgə Sarıyer şəhərində hazırlıq keçir. 

Qeyd edək ki, sərbəst və qadın güləşçilərimizin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərimizin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək.

Həmin kateqoriyadan