Yunis Hüseynov: 2-ci hissədə yaxşı oynadıq

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov ölkə çempionatının 21-ci turunda “Zirə”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 0:0 hesabı ilə bitən görüş barədə bunu söyləyib:

“Fasilə müddətində yoxlama oyunu keçirə bilmədik. Bəzi klublar oynamaq istəmədilər. Ona görə də ilk yarıda uşaqlar oyun baxımından bir az özlərinə gələ bilməmişdilər. Amma ikinci hissədə futbolçular pis təsir bağışlamadılar. Son matçlarda 85-ci dəqiqədən sonra qollar buraxmışıq.

Yenə də matçın sonlarına doğru rəqibin qol vurmaq imkanı oldu. Şükürlər olsun ki, qol buraxmadıq (gülümsəyir). Bizim də fərqlənmək üçün şanslarımız oldu. Bu vəziyyətləri reallaşdıra bilsəydik, qələbə qazana bilərdik. Qarşıda ağır oyunlarımız var.

Zədəli futbolçuların olması məni narahat edir. Guili Manjqaladazenin sarı vərəqə həddini doldurması da heç yaxı olmadı. Gələn oyunda iştirak edə bilməyəcək. Əsas oyunçularımızdan biridir. Çalışacağıq ki, növbəti turda daha da əzmkar oyun göstərək”.

Həmin kateqoriyadan