Yunis Hüseynov Mahmud Qurbanova yolu göstərdi

“Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov apasport.az saytına açıqlama verib. Veteran futbolçu milli komandamızın Norveçlə sabahkı seçmə oyunu barədə fikirlərini bölüşüb. Yığmadan yalnız qələbə gözlədiyini deyən Hüseynov gənc həmkarı Mahmud Qurbanova uğur qazanmağın yolunu da göstərib.

“Millidən yalnız qələbə gözləyirəm. Futbolçularımızın 3 xal qazanmaq üçün əllərindən gələni edəcəklərinə inanıram”. Bunu apasport.az saytına açıqlamasında  deyib.Norveçi məğlub etmək mümkündür”.

“Güclü rəqib olsa da, İngiltərə, İspaniya və ya Almaniya kimi böyük yığmalar səviyyəsində deyil. Komandamız qələbə qazanmaq iqtidarındadı. Skandinaviya futboluna bələdik. Daha çox fiziki futbola üstünlük verirlər. Mən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Norveçlə görüşünə baxmışdım. Yığmamızın heyətində hamısı azərbaycanlı uşaqlar idi, yaxşı oynamışdılar. İndi əsas komandamızda da legionerlərin olmamağı yaxşı mənada öz təsirini göstərəcək”.

Hüseynov millimizin uğur qazanmasının yolunu belə göstərib: “1998-ci il mundialının seçmə mərhələsində Norveçlə qarşılaşmışdıq. Həmin oyunlarda mən də çıxış etmişəm. Osloda 0:5 hesabı ilə uduzduq ki, rəqib bu qolların dördünü künc zərbəsindən sonra vurdu. Yəni, biz sabah standart vəziyyətlər zamanı ehtiyatlı olmalıyıq. Bunun qarşısını ala bilsək, qalib gəlmək ehtimalımız böyükdü. Norveç qrupdakı digər rəqibimiz olan Bolqarıstanla eyni səviyyəli komandadı”.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Norveç matçı saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan