Yunis Hüseynov: “Səhvlərsiz də futbol olmur”

Premyer liqanın “Kəpəz” – “Qəbələ” oyunundan (0:1) sonra baş məşqçilərin ənənəvi mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı Yunis Hüseynov matçla bağlı bunu deyib:

“Əfsuslar olsun ki, yenə 0:1 hesabı ilə məğlub olduq. Səhvlərimiz var, səhvlərsiz də futbol olmur. Amma komandadan razı qaldım, futbolçular mübarizə apardılar. “Qəbələ”nin oyunçularının fərdi şəkildə ustalıq səviyyəsi üstündür.

Bizim komandada təcrübəsizlik də öz sözünü dedi. Uşaqlarda bir az özünəinam çatışmırdı. Son 15-20 dəqiqədə toparlana bildilər, epizodlar yaratdıq. Bununla belə, qol vura bilmədik. Qarşıda oyunlarımız var, çalışıb həmin matçlara yaxşı hazırlaşacağıq. Rəqibi də təbrik edirəm”.

Həmin kateqoriyadan