Yurçeviçlə Medvedev kimə səs verib?

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç və kapitanı Maksim Medvedevin FİFA-nın “The Best” mükafatının sorğusunda kimlərə səs verdiyi məlum olub. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis ən yaxşı kişi futbolçu nominasiyası üzrə Kriştianu Ronalduya 5, Lionel Messiyə 3, Məhəmməd Salaha isə 1 səs verib. O, ən yaxşı kişi baş məşqçi sorğusunda Yurgen Kloppa 5, Xosep Qvardiolaya 3, Maurisio Poççetinoya 1 səs verib.

“Qarabağ”ın da kapitanı olan Maksim ən yaxşı kişi futbolçusu soğrusunda Vircil van Dayka 5, Məhəmməd Salaha 3, Matteys de Liqtə 1 səs verib. Medvedev ən yaxşı kişi baş məşqçi nominasiyasında Didye Deşama 5, Yurgen Kloppa 3, Camel Belmadiyə 1 səs verib.

FİFA tərəfindən ilin ən yaxşı futbolçusu “Barselona”lı Lionel Messi, ən yaxşı kişi baş məşqçi isə “Liverpul”un çalışdırıcısı Yurgen Klopp seçilib.

Həmin kateqoriyadan