Yure Meqliç yarımfinala adlayıb

Bu gün Rio-2016-da növbəti olimpiyaçımız mübarizəyə qoşulub. Allsport.az saytı xəbər verir ki, kanoe-slalomçu Yure Meqliç 1-nəfərlik kayak qayığı seçmə mərhələdə ilk keçidi 95.12 nəticə ilə 14-cü sırada tamamlayıb.

2-ci aşırımda göstəricisini daha yaxşılaşdıran idmançımız maneələri 90,70 saniyəyə dəf edib, ümumi sıralamada 11-ci yeri tutaraq yarımfinala yüksəlib.

 

Həmin kateqoriyadan