Yusif Nurullayev Ermənistanın yer aldığı “C” qrupunda oyunları idarə edəcək

Qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, FİFA referisi Yusif Nurullayev avqustun 20-dən 24-dək Kişinyovda keçiriləcək Belarus, Ermənistan və Moldova millilərinin yer aldığı “C” qrupunun oyunlarını idarə edəcək.

Futzal üzrə FIFA referisi Ramil Namazov isə çempionlar liqasının ilkin seçmə mərhələsinin “A” qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar”, “Futsal Gentofte”, “Maccabi Nahalat Yitzhak Tel Aviv” və “Wattcell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Hersoqovinada təşkil ediləcək.

Həmin kateqoriyadan