Zədəlilərin vəziyyəti yaxşıdır

“Qarabağ”a qarşı son çempionat oyununda “Kəpəz”in zədələnərək əvəzlənən futbolçularının vəziyyəti qənaətbəxşdir. Allsport.az saytı xəbər verir ki, Dieqo Souza, Samir Zərgərov və İlyas Səfərzadənin durumu nəzarət altındadır.

Adı 2-ci çəkilən yarımmüdafiəçiyə əzələ yüklənməsi diaqnozu qoyulmuşdu. O, artıq komanda ilə kollektiv məşqlərə başlayıb.

Əzələ ilə bağlı problemləri olan İlyasla Dieqo isə bu gün fərdi halda hazırlaşıb. Sabah təkrar müayinədən asılı olaraq onların kollektiv məşqlərə qoşulub-qoşulmamasına qərar veriləcək.

Həmin kateqoriyadan