Zədəsini sağaldan Stiven Monroz “Qəbələ”nin məşqlərinə qoşulub

“Qəbələ” Topaz premyer liqasının 5-ci turunda “Qarabağ”la səfər matçına hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, sentyabrın 16-da səfərdə “Sabah”la qarşılaşan (0:1) “qırmızı-qaralar” oyunun ertəsi gün bərpa məşqi keçib, ardınca buraxıldığı 1-günlük istirahətdən geri dönüb.

Bakıda bir araya gələn komanda paytaxtda hazırlıq keçir. Baş məşqçi Sənan Qurbanovun komandası “Bakı”nın təlim-məşq bazasında məşq edib. Futbolçular toplu çalışmaları yerinə yetirib. Zədəsini sağaldan Stiven Monroz da komanda ilə birlikdə çalışıb.

“Qarabağ” – “Qəbələ” oyunu sentyabrın 23-də “Azərsun arena”da saat 20:30-da başlayacaq.

Həmin kateqoriyadan