Zəfər kubokunda daha 2 qızıl, 2 gümüş və 4 bürünc medal

Türkiyənin Gəbze şəhərində yeniyetmə arasında 21-ci Zəfər kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, 3-cü yarış günündə yunan-Roma güləşçilərimizdən Həzrət Cəfərov (51 kq) və qızlarda Jalə Əliyeva (61 kq) bütün rəqiblərini üstələyib.

“Sərbəstlər”də Röyal Mirzəliyev (51 kq) ilə İslam Abuyev (110 kq) gümüş medalla kifayətlənib. Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) 3-cü yer tutublar. Eyni nəticəni Ayşən Yusifova (46 kq) ilə Elnurə Məmmədova (61 kq) da göstəriblər.

 

Həmin kateqoriyadan