Zalsburqdan 1 medalla

Avstriyanın Zalsburq şəhərində Dünya Karate Federasiyasının Premyer liqa yarışlarından olan “Zalsburq Open”də iştirak edən milli komandamızın bir neçə üzvü yarışı bir medalla başa vurub. Allsport.az saytı xəbər verir ki, Avropa çempionatının bürünc müklafatçısı Nuranə Əliyeva (50 kq) almaniyalı rəqibi ilə finalda hakim haqsızlığı üzündən (2:3) gümüş medalla kifayətlənib. Onun bu çıxışı həm də Premyer Liqa yarışlarında qadınlarımızın ən yüksək nəticəsi olub. Bəzi karateçilərimiz təsəlliverici görüşlərə qatılsalar da bürünc medal imkanını əldən veriblər.

Baş məşqçi Rəhman Hətəmov hazırda diqqətin ilin əsas hədəfi 5-9 noyabrda Almaniyanın Bremen şəhərində dünya çempionatına yönəldiyini bildirib. O, əsas heyətin bəzi üzvlərinin müəyyən müddətlik istirahətə və zədələrdən bərpa dövrünə ehtiyacı olduğundanZalsburqdakı “Qrand Final”-da bu nəticəni qənaətbəxş hesab edib.

15 oktyabr tarixindən milli komandamız dünya çempionatına həlledici hazırlıq dövrünə başlayacaq.

Həmin kateqoriyadan