Zamiq Atakişiyev amerikalı peşəkar boksçuya texniki nokautla qalib gəlib

Boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti görüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, 32 yaşlı idmançımız Rusiyanın Yekaterinburq şəhərində “Extra Round” seriyalı turnirdə qüvvəsini sınayıb. O, gecənin 9-cu döyüşünə rinqə çıxıb.

Superağır çəki dərəcəsində (+90,7 kq) mübarizə aparan Zamiq Boliviya idmançısı Saul Farah ilə 6 raundluq döyüşdə üz-üzə gəlib. Peşəkar rinqdə 6-cı sınağına çıxan təmsilçimiz zəngin təcrübəyə malik (65 qələbə, 3 heç-heçə, 23 məğlubiyyət) cənubi amerikalını məğlub edib.

Saulun döyüşü davam etdirməkdən imtinası həmyerlimizin texniki nokautla qalib gəlməyini rəsmiləşdirib. Bu, hesabında 1 heç-heçə olan boksçumuzun 5-ci qələbəsi olub.

Həmin kateqoriyadan