Zamiq Atakişiyevin peşəkar boksda 2-ci qələbəsi

Azərbaycanın peşəkar boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı idmançı Moskvada keçirilən görüşdə belaruslu Viktor Çvarkovla qarşılaşıb.

Ağır çəkidə 6 raunddan ibarət keçən mübarizədə qələbə bizə verilib. Bu, rinq ustasının peşəkar karyerasında 2-ci uğurudur.

O, iyulun 31-də keçirdiyi ilk döyüşdə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi.

Həmin kateqoriyadan