“Zaqatala” Qurban Qurbanovun komandasına ciddi müqavimət göstərib

Son ölkə çempionu “Qarabağ” milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək, yoxlama oyununda qüvvəsini sınayıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu 1-ci divizion təmsilçisi “Zaqatala” ilə qarşılaşıb.

Oyun Qurban Qurbanovun komandasının qardaşı Musa Qurbanovun prezidenti olduğu aşağı liqa təmsilçisi üzərində 5:3 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubunun qollarını dubla imza atan Reynaldo və Riçard Almeyda, eləcə də Dino Ndlovu vurub.

Həmin kateqoriyadan