“Zaqatala”nın nigeriyalı legionçusu məşq zamanı qəfildən dünyasını dəyişib

Dünən Zaqatalada futbolçu ölümü qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionda çıxış edən bu rayonun eyni adlı klubunun nigeriyalı legionçusu Maykl Umanyika məşq zamanı qəfildən dünyasını dəyişib. Artıq AFFA hadisə ilə bağlı başsağlığı verib. Orada deyilir:

“Azərbaycan Futbol Federasiyaları Assosoiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından “Zaqatala”ya komandanın futbolçusu Maykl Umanyikanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun yaxınlarına səbr diləyir”.

Həmin kateqoriyadan