Zaur Əliyevdən yeniyetmələrin dünya birinciliyində gümüş medal, bu gün 2 güləşçimiz də finala çıxıb

Afinada yeniyetmələrin dünya birinciliyi başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk günlərdə yunan-Roma güləşçiləri mübarizəyə çıxıblar. Millimiz rəqabətdə medal qazanmağa müvəffəq olub.

50 kq-da Zaur Əliyev ardıcıl olaraq Macarıstan və İsveç idmanşılarını məğlub edib. Yarımfinalda Ermənistan təmsilçisinə də heç bir şans verməyən bahadır finala yüksəlib.

Yaponiya idmançısı ilə gərgin keçən həlledici qarşılaşmada zədəsi daha ağırlaşan pəhləvanımız kiçik xal fərqi ilə uduzaraq gümüş mükafatla kifayətlənib.

Bu gün keçirilən tutaşmada Qurban Qurbanov (42 kq) və Nihad Məmmədli (46 kq) yarımfinalda Rusiyadan olan rəqiblərini yenərək, finala çıxıblar.

Həmin kateqoriyadan