Zaur Həşimov: “Bu, xal qazanmağımıza yetdi”

Premyer liqanın 11-ci turunda “Qarabağ”la səfərdə 1:1 hesablı heç-heçə edən “Zirə”nin baş məşqçisi Zaur Həşimov oyundan sonra fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, əzmkar oynadıqlarını deyib:

“Yaxşı oynadıq, əzmkarlıq göstərdik. Bacardıqca çox hücum etməyə çalışdıq. Bunlardan birini qola çevirsək də, bu, xal qazanmağımıza yetdi”.

Həmin kateqoriyadan