Zaur Hacıbabayev MMA üzrə 2-qat dünya çempionu olub

Çex Respublikasında qarışıq döyüş növləri (MMA) üzrə dünya çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 40 ölkədən idmançıların iştirak etdiyi mötəbər yarışda baş məşqçi Etiqad Atakişiyevin rəhbərliyi ilə 5 döyüşçü ilə təmsil olunub.

Azərbaycan millisinin heyətində Zaur Hacıbabayev (+100 kq) qızıl medala sahib olub. O, karyerasında ikinci dəfə dünyanın ən güclüsü seçilib. İdmançımız finalda Qazaxıstan təmsilçisi Məhəmməd Süleymanov üzərində nokautla qələbə qazanıb.

Emin Hüseynov (61 kq) və Taleh Nəcəfzadə (84 kq) bürünc medala sahib olublar. Komanda hesabında Azərbaycan Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutub.

Həmin kateqoriyadan