“Zebrlər” heç-heçə etdi, Toğrul Ərat oynamadı

Almaniya 3-cü Bundesliqasının 24-cü turunda millimizin yarımmüdafiəçisi Toğrul Əratın çıxış etdiyi “Duysburq” doğma meydanda çempionluq yolunda izləyicilərindən olan “Maqdeburq” klubu ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu matçda heç-heçə edib (0:0). Həmvətənimizin adı görüşün iştirak ərizəsində yer almayıb. “Zebrlər” 24 turdan sonra 46 xalla 20 klub arasında 1-ci yerdədir.

Həmin kateqoriyadan