“Zebrlər” qalib gəldi, futbolçumuz qollardan birini vurdu

Almaniya 3-cü Bundesliqasında 5-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Toğrul Əratın çıxış etdiyi “Duysburq” səfərdə “Maqdeburq” ilə qarşılaşıb.

“Zebrlər” bu matçdan qələbə ilə ayrılıb – 2:1. Futbolçumuz görüşə start heyətdə başlayıb. O, 40-cı dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. 44-cü dəqiqədə sarı vərəqə alan futbolçu 70-ci dəqiqədə əvəzlənib.

5 turdan sonra “Duysburq” 20 klub arasında 11 xalla 1-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan