“Zebrlər” qalib gəldi, Toğrul Ərat 90 dəqiqə meydanda oldu

Almaniya 3-cü Bundesliqasında 29-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Əratın çıxış etdiyi “Duysburq” səfərdə “Çemnitser”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu matçda qalib gəlib (3:2). Yarımmüdafiəçimiz görüşə start heyətdə başlayıb və sonadək oynayıb. “Zebrlər” 53 xalla 20 klub arasında 1-ci pillədə yerini qorumaqdadır.

Həmin kateqoriyadan