“Zenit”in baş məşqçisi Ramil Şeydayevin Azərbaycan millisinə keçəcəyindən narahatdır

“Zenit”in 2-ci komandasının baş məşqçisi Vladislav Radimov həmvətənimiz Ramil Şeydayevin AFFA ilə danışıqlar aparmasına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, yerli mətbuata açıqlamasında əslən azərbaycanlı olan futbolçunun Rusiya vətəndaşlığından imtina etmək istəməsini belə şərh edib:

“Ramil Şeydayev öz nəslinin ən istedadlı futbolçularından biridir. O, bunu isbatlayıb. Başqa vətəndaşlığı qəbul etsə… Siz özünüz də Avropa çempionatında gördünüz ki, bizim yüksək səviyyəli futbolçularımız elə də çox deyil”.

Həmin kateqoriyadan