Zidan «Real»ın 2-ci komandasında oynayacaq

Bu gün Madrid «Real»ının «Kastilya» adı ilə tanınan ikinci komandası «Konkensa Kuensa» ilə növbəti liqa oyununa çıxacaq. «Allsport.az» İspaniya mətbuatına istinadən xəbər verir ki, «blankos»un heyətində meydana Zinəddin Zidanın böyük oğlu enso da çıxacaq. Fransa 19 yaşlılar yığmasının üzvü olan enso Zidan buna qədər «Real»ın 3-cü komandasında forma geyinmişdi.

Maraqlıdır ki, Zinəddin Zidanın 4 oğlu var və onların hamısı Madrid «Real»ının üzvləridir. 19 yaşlı Ensodan savayı, Luka (16 yaş), Teo (12) və Elyas (8) İspaniya nəhənginin aşağı yaş qruplarında «kral» forması geyinirlər.

Həmin kateqoriyadan