Zidan Zidana 2 dəqiqə şans verdi

Bu gün Madrid «Real»ının İspaniya çempionatının ikinci dəstəsində çıxış edən rlubu – «Kastilya»nın «Konkensa Kuensa» ilə növbəti liqa oyununda günorta qeyd etdiyimiz hadisə baş verdi. «Allsport.az» İspaniya mətbuatına istinadən xəbər verir ki, «blankos»un heyətində meydana Zinəddin Zidanın böyük oğlu Enso çıxıb. “Kastilya”nı çalışdıran ata Zidan oğul Zidana cəmi 2 dəqiqə qıyıb. buna qədər «Real»ın 3-cü komandasında forma geyinmiş Fransa 19 yaşlılar yığmasının üzvü Enso Zidan 88-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, Zinəddin Zidanın 4 oğlu var və onların hamısı Madrid «Real»ının üzvləridir. 19 yaşlı Ensodan savayı, Luka (16 yaş), Teo (12) və Elyas (8) İspaniya nəhənginin aşağı yaş qruplarında «kral» forması geyinirlər.

Həmin kateqoriyadan