Zimbabveli hücumçu “Qarabağ”a qolla gəlir

5 əsas heyət üzvü ilə yolunu ayıran “Qarabağ” transferlərə başlayıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubuna keçəcəyi gözlənilən Xama Billiat CAR-ın “Mamelodi” komandasını heyətində son oyununa çıxıb.
Zimbabveli hücumçu Afrika çempionlar liqasının yarımfinal mərhələsinin Qvineyada “Horoya” ilə cavab görüşündə iştirak edib. 2 matçın nəticəsinə görə Billiatın komandası mübarizəni dayandırıb.
2:2 hesabı ilə yekunlaşan təkrar oyunda 27 yaşlı futbolçu 69-cu dəqiqədə hesabı 1:1 edən qolu vurub.

Həmin kateqoriyadan