“Zirə” 4 futbolçu ilə müqavilə bağlayıb

Dövrələrarası fasiləyə islahatlarla start verən “Zirə” bu gün 4 futbolçu ilə rəsmən anlaşıb.

Allsport.az saytı xəbər verir ki, “Qaradağ Lökbatan”dan Vüqar Əlibabayevlə Sərxan Ağayev, “Ağsu”dan Tanrıverdi Məhərrəmli və “Sumqayıt”dan Tərlan Əhmədli 1-ci divizion təmsilçisi ilə altıaylıq müqavilə bağlayıb.

Sportinfo.az-ın məlumatına görə, “Şahdağ”ın dağıstanlı müdafiəçisi Məhəmməd Hüseynovla AzAL-dan Adil Nağıyev da burdadır. Son 2 futbolçu ilə də rəsmi anlaşma bağlanılacaq.

Həmin kateqoriyadan