“Zirə” 6-cı pilləyə yüksəlib

Dünən Birinci divizionunda 11-ci tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son oyunda “Zirə” evdə “Bakılı” üzərində 3:1 hesablı qələbə qazanıb.

Bu matç “İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanıb. Adı çəkilən qələbədən sonra paytaxtlılar 21 xalla yarış cədvəlinin 6-cı pilləsinə yüksəliblər.

Həmin kateqoriyadan