“Zirə” büdrədi, “Səbail” sevindi

Premyer liqada 6-cı tur davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün daha 2 görüş keçirilib.

“Səbail” öz meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşma debütantın kiçik hesablı qələbəsi ilə başa çatıb (1:0).

Günün digər oyununda “Zirə” evdə “İnter”i qəbul edib. Hesabı qonaqlar açsa da, qırmızı kart “beynəlmiləlçilər”in plannı pozub və tərəflər 1 xalla ayrılıblar (1:1).

Həmin kateqoriyadan