“Zirə” ilə oyuna hazırlıq

“Neftçi” premyer liqanın 23-cü turunda “Zirə” ilə oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Keşlə” ilə görüşdən sonra bir günlük fasiləyə buraxılan “ağ-qaralar” bu gün öz bazasında məşqə çıxıb. 

Hazırlıqda toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Sabah da bir məşqlə olacaq.

Aprelin 6-da “8-ci km” stadionunda matç saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan