“Zirə” qaradağlı qapıçı

“Zirə” heyətə yeni futbolçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1-illik müqavilə bağlanılıb.

Çernoqoriyalı qolkiper “Berane”, “Srvena Stiyena”, “Radniçki”, “Banat”, “Marsonia 1909”, “Riyeka”, “Timok”, “Metalaq Qornji Milanovaç”, “Novi Pazar”, “Radniçki Nis”, “Rad və “Baçka” klublarında çıxış edib. 

Xatırladaq ki, “Zirə” buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov və Nicat Süleymanovu heyətə qatıb.

Həmin kateqoriyadan