“Zirə” Rumıniyanın “Styaua” klubunda oynayan müdafiəçini alıb

“Zirə” Avropa liqasının ilk təsnifatına hazırlıq çərçivəsində daha bir futbolçu ilə güclənib. Allsport.az saytı xəbər verir ki, rumıniyalı Qabriel Matey “qartallar”ın sıralarına qoşulub. Müdafiəçi ilə “1+1” il şərti ilə müqavilə imzalanıb.

O, ölkəsində “İnternasional”, “Panduri”, “Styaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib.

Qabriel Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.

Həmin kateqoriyadan