“Zirə”də serbiyalı müdafiəçi

“Zirə” növbəti transferini rəsmiləşdirib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu Miloş Radivoyeviçlə anlaşıb. Serbiyalı müdafiəçi ilə 1-illik müqavilə bağlanılıb.

28 yaşlı futbolçunun sonuncu klubu İsrailin “Hapoel” (İroni Kiryat-Şimona) olub. O, daha əvvəl ölkəsinin “Sindeliç”, “Borça”, “İnciya”, “Vozdovaç”, “Radinski”, “Rad” klublarında çıxış edib.

Həmin kateqoriyadan